Dünya futbolu

Pedro Enrike: “Məni geri qaytarın”

İcarə əsasında Qazaxıstanın “Astana” klubunda forma geyinən  Pedro Enrike komandadan ayrılacağını açıqlayıb. Braziliyalı futbolçu  PAOK-a qayıtmaq istədiyini bildirib:

“PAOK-un prezidenti Qiorqos Savvidislə söhbətimiz oldu. Ona dedim ki, Ya mənə Braziliyada qalmağa icazə verin, ya da PAOK-a geri qaytarın. Burada qalmaq istəmirəm. Üç həftə sonra Savvidis mənə zəng vurdu və soruşdu ki, komandaya qayıtmağa hazırsan. Dərhal ona “hə” cavabı verdim və buna görə çox xoşbəxt oldum. Hər şey qısa müddətdə həllini tapmalıdır”.

Pedro ötən mövsüm icarə əsasında “Qarabağ”ın da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43