Dünya futbolu

Pedro ilk qolunu vurdu

Yunanıstan Superliqasının 21-ci turunda PAOK səfərdə “Apollon”la qarşılaşıb. Görüşdən 5:1 hesablı qələbə ilə ayrılan qonaq komandanın sonuncu qolunu Pedro Enrike vurub.

Sabiq “Qarabağ”lı görüşün 88-ci dəqiqəsində fərqlənərək adını tabloya yazdırıb. Bu görüş eyni zamanda Pedronun cari mövsümdə PAOK-dakı ilk oyunu olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43