İdman

Pekin-2022: Azərbaycan idmançısı finalda

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı idmançı qısa proqramda 61,82 xalla hazırda 10-cu sıradadır.

Hazırda çıxışlarına başlamayan 6 iştirakçı qalıb. Bu isə o deməkdir ki, Ryabova ən yaxşı 24 iştirakçı arasına düşməyi təmin edib. İdmançımız fevralın 17-də sərbəst proqramda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43