Dünya futbolu

Pele “Bavariya”nın futbolçusunu Şvarsnegger adlandırdı

Braziliya futbolunun canlı əfsanəsi Pele yayda ölkəsində təşkil olunacaq dünya çempionatının ulduzları ilə bağlı sualları cavabladıqda Almaniya yığmasının üzvü Bastian Şvaynştaygerin adını səhv salıb. 
 
O , Şvaynştayger əvəzinə məşhur aktyor Şvarsneggerin adını deyib: "Şvarsnegger çox yaxşı oynayır. Əgər bir qədər də çalışsa, dünya çempionatının ulduzu ola bilər".

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43