Dünya futbolu

Pepe karyerasını A seriyasında davam etdirəcək

“Real”ın futbolçusu Pepe karyerasını “İnter”də davam etdirəcək.

Mövsümün sonu Madridi tərk edəcək portuqaliyalı futbolçu azad agent kimi Milan təmsilçisi ilə 2+1 illik müqavilə bağlayacaq. Onun illik gəlirinin 5 milyon avro olacağı bildirilib.

Qeyd edək ki, 34 yaşlı müdafiəçinin Çindən aldığı sərfəli təkliflərdən imtina etdiyi iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43