Dünyadan

Pepe “Real”ı tərk edəcək?

Bu mövsümün sonunda “Real” Madridlə müqaviləsi başa çatacaq Pepenin klubu tərk edəcəyi gözlənilir.

İdmanxeber.com-un məlumatına görə, klub 33 yaşlı müdafiəçi ilə mövsümün əvvəlində müqavilənin uzadılması haqqında razılığa gəlməyə çalışsa da, oyunçu şərtlərlə razılaşmamışdı. “Marca” Pepenin böyük ehtimalla yayda klubu tərk edəcəyini yazır. Oyunçu ilə maraqlanan klublar arasında “Mançester Yunayted” var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43