Dünya futbolu

Pepe: “Real”ın mənə qarşı münasibəti dürüst deyildi”

“Real”la müqaviləsi başa çatan Pepe komandadan ayrılıb.

Bu barədə İspaniya mətbuatına danışan 34 yaşlı müdafiəçi Kral klubunun təklif etdiyi yeni müqavilənin şərtlərindən razı qalmadığı üçün bu addımı atdığını deyib:

“2 illik müqavilə gözləyirdim, ancaq 1 illik müqavilə təklif olundu. “Real”ın mənə qarşı münasibəti dürüst deyildi. Məni komandadan kənarda qoymalarını başa düşmədim. Mən bu komandaya hər şeyimi verdim. Qanımın son damlasına kimi mübarizə apardım. Çox şeylər öyrəndim,  xoşbəxtəm. İndi yeni bir macəraya başlayacağam”.

Madriddəki evindən ayrılıb, ölkəsinə qayıtdığını deyən portuqaliyalı futbolçu, PSJ, Milan və bir neçə İngiltərə klubundan gələn təklifləri dəyərləndirəcəyini bildirib.

Qeyd edək ki, Pepe 2007-ci ildən “Real”ın şərəfini qoruyurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43