08 Sentyabr 2024
Kateqoriyasız

Per-Silyan Şelbred: “Azərbaycan yığmasının Osloda aqressiv çıxış edəcəyinə əminəm”

“Azərbaycan yığmasının bir neçə matçının videoyazısını görmüşük. Çox texnikalı komandadır. Topu özlərinə saxlamağa çox fikir verirlər. Hesab xeyirlərinə olanda, onlar irəli təsadüfi hallarda çıxırlar. Əvəzində demək olar ki, hər bir hücumları təhlükəli alınır. Amma biz istənilən halda bu komanda üzərində qələbə qazana bilərik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Norveç yığmasının kapitanı Per-Silyan Şelbred AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayarkən deyib.

O, bildirib ki, qələbə hər iki komandaya lazımdır: “Turnir cədvəlinə baxsaq, hər iki komandanın qələbəyə ehtiyac duyduğunu görürük. Ona görə Azərbaycan yığmasının da Osloda aqressiv çıxış edəcəyinə əminəm. Lakin cümə günü qələbə qazanacağımıza ümid edirəm. Başqa bir nəticə məni çox narahat edər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43