İdman

Pərdis Fərcad-Azad yeni komandası bilindi

“Keşlə”dən ayrılan Pərdis Fərcad-Azad karyerasını “Zirə”də davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq üzvü hazırda Türkiyədə təlim-məşq toplanışında olan paytaxt təmsilçisinin düşərgəsindədir. 30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, “Zirə” yay fasiləsində Pərdisə qədər 4 futbolçu – müdafiəçi İlkin Qırtımov (“Neftçi”), dayaq yarımmüdafiəçisi Kamal Mirzəyev (“Sumqayıt”) və fransalı hücumammeyli yarımmüdafiəçilər Bilal Hamdi, Dilan Duventrunu (“Alki”, Kipr) transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43