Dünya futbolu

Peres Ronaldonun ayrılma səbəbini açıqlayıb

“Real” prezidenti Ronaldonun özünün ayrılmaq istədiyini bildirib.

“Real Madrid”in prezidenti Florentino ölkə mətbuatına açıqlama verib. O, Kristiano Ronaldonun komndadan ayrılmasına da toxunub:

“Ronalda şəxsi işlərinə görə klubdan ayrılıb. Gələn təkliflər içərisində ən yüksəyini “Yuventus” etdi. Biz də onların təklifini qəbul etdik. Onun bizə göstərdikləri xidmədi danmaq olmaz. Burada möhtəşəm işlər görüb. Ronaldo Alfredo Di Stefanodan sonra “Real” tarixinin ən yaxşı futbolçusudur”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43