19 Sentyabr 2024
Dünya futbolu

Perişiç Niderland klubunda

Niderlandın PSV klubu vinger İvan Perişiçi heyətinə cəlb edib. 

İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı oyunçu ilə bir illik müqavilə bağlanıb. O, Niderland təmsilçisinə azad agent kimi transfer olunub. 

Perişiç “Tottenhem”, “İnter”, “Bavariya” və Dortmund “Borussiya”sı kimi klublarda da çıxış edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43