Ölkə futbolu

Peşəkar Futbol Liqası cəzaları açıqladı

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. 
İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Premyer Liqasının I turunun AZAL – “Neftçi” matçının 36-cı dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jayro Rodriges ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 36-cı dəqiqəsində AZAL klubunun 11 №-li futbolçusu Ruslan Nəsirli rəqibi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 38.1).

Topaz  Premyer Liqasının I turunun “İnter” – “Qarabağ”  matçında “İnter” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun AZAL – “Neftçi” matçının 81-ci dəqiqəsində AZAL klubunun 13 №-li futbolçusu Səbuhi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır,  klub 800 manat cərimə olunur (maddə 37.1).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43