Ölkə futbolu

“Petrolul”un futbolçusu I Divizion klubunda

Rumıniyanın “Petrolul” komandasında forma geyindikdən sonra Azərbaycana qayıdan Elhad Nəzirinin yeni komandası bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, millimizin keçmiş oyunçusu I Divizionda mübarizə aparan “Neftçala” ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Elhad Nəziri son olaraq “Araz Naxçıvan”da forma geyinmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43