Kateqoriyasız

PFL 11 yaşında!

Azərbaycan Peşəkar Futbol Liqasının 11 yaşı tamam olur.

Ramin Musayevin rəhbərlik etdiyi təşkilat 2008-ci ildə yaradılıb.

Topaz Premyer Liqasını, Birinci Divizionu və Azərbaycan Kubokunu təşkil edən qurumun yaradılmasından sonra ölkə çempionaına bir sıra yeniliklər gətirilib. Bu qurumun fəaliyyətə başlamasından sonra Premyer Liqa UEFA reytinqində yüksəlib, əvəzedicilərin çempionatı bərpa olunub, hər il Azərbaycan Kubkunun finalı möhtəşəm şouya çevirilir. 9 il əvvəl UEFA reytinqində 42-ci olan çempionatımız indi 23-cü yeri turur.

Azərbaycan klublarının avrokuboklardakı ən böyük uğurları da PFL-in fəaliyyət dövrünə təsadüf edir. Bu müddətdə “Qarabağ” Çempionlar Liqasının, “Neftçi” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirib.

İdmanxeber.az PFL-in kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43