l Divizion

PFL “Araz Naxçıvan”ın 100 min manatını niyə vermir?

Azərbaycan Birinci divizionunun qalibi “Araz Naxçıvan”ın ona çatmalı olan mükafatı verilməyib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Peşəkar Futbol Liqası (PFL) birinci divizionun qalibinə 100 min manat pul mükafatı verir. Lakin bu mükafat Naxçıvan təmsilçisinə hələ də verilməyib. 

Divizionda qalib komanda lisenziya məsələsini həll etmədikdə bu pul mükafatı həmin çempiona verilmirdi və ya həllini tapdıqdan sonra ödənilirdi. Lakin Naxçıvan klubu mayın 14-də lisenziya məsələsini həll edib və o gündən bu günə hələ ki, sözügedən mükafat “Araz Naxçıvan”a verilməyib.

Əldə etdiyimiz digər məlumata görə, PFL bu mükafatı komandaya yeni mövsümün startında ödəmək niyyətindədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43