Kateqoriyasız

PFL-də struktur dəyişikliyi

Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı, PFL-in rəsmi saytının baş redaktoru Elgiz Abbasov Texniki İdman Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, 29 yaşlı Abbasov 2014-cü ildən PFL-də çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43