Ölkə futbolu

PFL-dən pley-off oyunları ilə bağlı açıqlama

2024/2025 mövsümündə Azərbaycanın I Liqasında çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutan klubla II Liqada 2-ci olan komanda arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

2024/2025 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı arasında pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 29-da və iyunun 4-də gerçəkləşəcək.

Qeyd edək ki, I Liqanı 27 xalla səkkizinci pillədə başa vuran “İrəvan” yarışdan kənarlaşdırıla bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43