Kateqoriyasız

PFL-dən alqışlanacaq addım

Azərbaycan kubokunun “Neftçi” – “Qarabağ” finalından bir gün öncə hər iki klubun veteranları arasında matç baş tutacaq. 

İdmanxeber.com-un məlumatına görə, Peşəkar Futbol Liqasının təşəbbüsü ilə keçiriləcək qarşılaşmada 19 il öncə baş tutmuş finalın iştirakçıları – “Neftçi” və “Qarabağ”ın veteranları yenə də meydana çıxacaqlar. 

PFL bununla bağlı jurnalistləri bir gün öncədən, iyunun 2-də Qəbələyə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43