Dünyadan

PFL FİFA-nı məhkəməyə verəcək

İspaniya Peşəkar Futbol Liqası (PFL) FİFA-nı məhkəməyə şikayət edəcək. 

İdmanxeber.com-un məlumatına görə, buna səbəb FİFA-nın dünya çempionatı iştirakçılarının sayının artırılması ilə bağlı qəbul etdiyi qərardır. PFL ali futbol qurumunun yeni qərarı ilə razı deyil.

“Marça” qəzetinin yaydığı məlumata görə, PFL-in prezidenti Xavyer Tebas son qərarla bağlı Brüssel və Nyon məhkəmələrinə müraciət ünvanlayacaq. Tebas bir müddət öncə açıqlamasında FİFA-nın bu addımının daxili çempionatların maraqlarına uyğun gəlmədiyini bildirmişdi.

Qeyd edək ki, FİFA-nın bu gün keçirilən iclasında DÇ-2026-dan etibarən dünya çempionatlarında 48 komandanın iştrak edə biləcəyi ilə bağlı qərar verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43