Ölkə futbolu

PFL-in qəzaya uğrayan 2 əməkdaşı evə buraxıldı

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) iki əməkdaşı xəstəxanadan evə buraxılıb.

İdmanxeber.az “Azərtac”a istinadla  xəbər verir ki, bu haqda PFL-in media və marketinq direktoru Sənan Abdullayev bildirib. Qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasovun müalicəsi başa çatıb. Həkimlərin qərarına əsasən, onlar müalicələrini ev şəraitində davam etdirəcəklər.

S. Abdullayev bildirib ki, iki gün sonra onun özünün də evə buraxılacağı gözlənilir.

Qurumun prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin isə son durumu ilə bağlı yenilik yoxdur. Hər iki şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, PFL-in 6 əməkdaşı dekabrın 16-da, saat 07:05 radələrində Xankəndiyə gedərkən qəzaya düşüblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43