Kateqoriyasız

PFL mükafatlandırmanın tarixini açıqladı

Topaz Premyer Liqasının və I Divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qurum yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq.

Topaz Premyer Liqasında sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi “Bakcell Arena”da reallaşacaq.

I Divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşlərindən sonra məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. Həmçinin həmin gün I divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43