l Divizion

PFL oktyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırdı – Fotolar

Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ikinci qalib mükafatlandırılıb. 

İdmanxeber.com-un məlumatına görə, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Zaqatala”nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçilib.

Pul mükafatını (500 AZN)  və xüsusi hədiyyəni bu gün keçirilən “Zaqatala” – “Ağsu” oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43