Kateqoriyasız

PFL prezidenti Almaniyaya getdi: “Səhvlər var və bunlar etiraf olunmalıdır”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Almaniyanın Frankfurt şəhərində səfərdədir.

İdmanxeber.az xəbər verir ki, bu barədə PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan kubokunun püşkatmə mərasimində deyib.

Şahgəldiyevin sözlərinə görə, PFL rəhbəri Almaniyada VAR sistemindəki problemlərlə bağlı görüşlər keçirir: “Səhvlər var və bunlar etiraf olunmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43