27 Sentyabr 2022
Kateqoriyasız

PFL rəhbərliyi “Sumqayıt”ın stadionuna baş çəkib

Peşəkar Futbol Liqasının (PFL) rəhbər heyəti Sumqayıta səfər edib.

İdmanxeber.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, burada eyniadlı klubunun rəhbərliyi ilə görüş keçirilib.

“Gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyev PFL rəhbəri Elxan Səmədova təbriklərini çatdırdıqdan sonra idman direktoru Faiq Hacı-Məhərrəmov, eləcə də media və marketinq departamentinin rəhbəri Rəşad Məmmədovun da iştirakı ilə klub rəsmilərini maraqlandıran məsələlər müzakirə edilib.

Ardından qonaqlar tikintisi yekunlaşmaq üzrə olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkiblər.

PFL prezidentini görüş zamanı vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev müşayiət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qarabağ” “Lex”i darmadağınla Çempionlar Liqasından qovdu – YENİLƏNİB

admin

“Mahir kimi oyunçuya çox ehtiyacımız var” – “Legiya”nın baş məşqçisi

admin