Kateqoriyasız

PFL təqvimdə dəyişiklik etdi

May ayında “Araz Naxçıvan” klubunun ev oyunlarının keçirildiyi Naxçıvan Muxtar Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin sıxlığını nəzərə alaraq Futbol üzrə Azərbaycan birinci divizionunun təqvimində dəyişikliklər edilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, futbol üzrə Azərbaycan birinci divizionunda 29-cu turun “Araz Naxçıvan” – “Mil-Muğan” və “Bakılı” – “Energetik” oyunları 11 may 2014-cü il tarixdən 7 may 2014-cü il tarixə keçirilib.

Futbol üzrə Azərbaycan birinci divizionunda 30-cu turun “Araz Naxçıvan” – “Energetik” oyunu 18 may 2014-cü il tarixdən 12 may 2014-cü il tarixinə dəyişdirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43