Ölkə futbolu

PFL “ulduz” qaydasını açıqladı: yalnız “Qarabağ”a icazə var

Topaz Premyer Liqada beş dəfə qalib olan klublara gerblərində bir ulduz əks etdirməyə icazə veriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. O, bildirib ki, daha hər komanda formasında çempionluqlarının sayı qədər ulduz gəzdirə bilməz.

R.Musayev bildirib ki, bu məsələdə dünya praktikasından istifadə olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43