Ölkə futbolu

PFL “Xəzər Lənkəran”ın futbolçusunun mükafatını niyə vermir? – AÇIQLAMA

Son ölkə kubokunun bombardiri olan "Xəzər Lənkəran"ın gənc futbolçusu Ağabala Ramazanova kubokun ən sərrast futbolçusu mükafatı verilməyib.

Artıq Peşəkar Futbol Liqası kubokun bombardirinə mükafat vermir.

Bu barədə qrumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aslan Şahgəldiyev idmanxeber.com-a açıqlama verib. O məsələyə bu cür aydınlıq gətirib:

 

"Ölkə kubokunun bombardirinə mükafat verilmir. Bir dəfə belə hal olmuşdu. O, da "NBC Bank" kubokunda onların sponsorluğu ilə mükafat verilmişdi. Artıq ölkə kubokunun bombardirinə hər hansı bir mukafat verilmir".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43