Dünyadan

Pike “Atletiko”ya qarşı oynayacaq?

“Atletik”lə görüşdə (3:0) zədələnərək oyunu tərk edən “Barselona”nın müdafiəçisi Jerar Pike meydana qayıtmağa hazırdı.

İdmanxeber.com-un məlumatına görə, bu səbəbdən də Pikenin İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində “Atletiko”ya qarşı keçiriləcək matçda meydana çıxmamaq ehtimalı var idi.

Lakin futbolçu sözügedən görüşdə iştirak edə bilər. Belə ki, o, komandasının bugünkü məşqində iştirak edib.

Xatırladaq ki, “Barselona” ilk oyunda səfərdə “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43