Dünya futbolu

Pike karyerasını nə vaxt bitirəcək?

İspaniyalı futbolçu Xerar Pike yığma komandada karyerasını başa vuracağı vaxtı açıqlayıb.

İdmanxeber.com “Eurosport”a istinadən xəbər verir ki, “barcelona”lı futbolçu 2018-ci il dünya çempionatından sonra yığma forması geyinməyəcək:

“Milli komandada hər şeyimi versəm də, son zamanlarda xoş qarşılanmadım. Baş məşqçimiz Xulen Lopeteginin yeni layihəsi bizi çox həyəcanlandırır. Bizə çox şey verəcək. Bu səbəbdən, dünya çempionatına qədər çıxış edəcəm. Birlikdə başladıq və bir yerdə də davam edəcəyik. Rusiyadakı mundial mənim yığmadakı son turnirim olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43