08 Sentyabr 2024
Dünya futbolu

Pioli 100-ə çatdı    

Stefano Pioli “Milan”ın baş məşqçisi kimi 100-cü qələbəsini qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, 100-cü qələbə “Udineze”ylə oyuna təsadüf edib. “Rossoneri” dünən gecə keçirilən oyunda Okaforun 90+3-cü dəqiqədə vurduğu qolla matçı 3-2 hesabıyla qalib başa vurub.

Pioli 2019-cu ildən “Milan”a başçılıq edir. O, “qırmızı-qaralar”ı 2022-ci ildə İtaliya çempionu etməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43