06 Oktyabr 2022
Kateqoriyasız

“Piruzinin qırmızı vərəqə alması planlarımızı pozdu” – Ayxan Abbasov

 “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 1-ci turunun “Qəbələ”yə qarşı keçirilən matçdan (0:2) sonra mətbuat konfransı keçirib.

– Bu gün ən sevindiri məqam odur ki, Tovuza Premyer Liqa qayıtdı. Stadionda atmosfer möhtəşəm idi. “Qəbələ”nin ötən mövsüm yaxşı oyunlar göstərdiyini bilirdik. Daha hazırlıqlı, oturuşmuş heyətləri var. Çətin olacağı məlum idi. Bu il səbrli olub təməl qurmaq istəyirik. Heyətlə bağlı çatışmazlıqlar var. İstəyirik ki, heyəti tam komplektləşdirək. Oyun istədiyimiz kimi başladı. Təəssüf ki, qırmızı vərəqə bütün planlarımızı pozdu. İkinci hissədə penalti də futbolçulara psixoloji olaraq təsir etdi. Futbolçulara da dedim ki, ruhdan düşmək olmaz. Əlimizi yanımıza salmayacağıq. Komandanın potensialına inanıram.

– Transfer edilən legionerlərin səviyyəsi aşağı görünür. Keyfiyyətli legioner transfer etməyinizə nə mane olur?

– Bu gün oyunçu gətirməkdə çətinlik çəkirik. Piruzinin qırmızı alması planlarımızı pozdu. Bu gün Natan Oduva da oynaya bilmədi. Hücumda ona güvənmək istəyirdik. Legionerlərə vaxt lazımdır. İstəyirik ki, komandada hər kəs inkişaf etsin. Yerli oyunçularımız çoxdur. Gənclərə də şans verəcəyik.

– Transferlərin davamı gələcək?

– Legionerlərlə danışıq aparırıq. Bir hücumçu Tovuza gəlib. Sabah onunla müqavilə imzalayacağıq. Daha iki futbolçu ilə danışırıq. Büdcəmizə uyğun transfelər edəcəyik. Hücum, yarımmüdafiə və müdafiə üçün 3 oyunçu düşünürürk. Bununla da transferi bitirəcəyik. Bu gün kiməsə əsas oyunçu demək olmaz. İmedi Aşortiya əsasən cinahlarda yaxşı oynayır. Bu gün məcburiyyətdən hücumun mərkəzində oynatdıq.

– Yeni futbolçular gəldikdən sonra oyun sisteminiz dəyişə bilər?

– Xeyr. Biz eyni sistemi oturtmaq istəyirik. Həmin sistemə uyğun da transferlər edəcəyik. Biz yeni komandayıq. Oyundan-oyuna artıracağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ”ın mənim üçün yaxşı seçim olduğu görünür” – Beqoviç

admin

Namik Ələskərovun komandası aşağı liqaya düşdü

admin

“Uşaq səhvləri etdik” – “Aris”in baş məşqçisi

admin