Ölkə futbolu

Pivarnik: “Bu olmadığı üçün oyunçularımı qınaya bilərəm”

“Biz daha fəal olub, müsbət nəticə qazanmaq istəyirdik. Lakin rəqib çox yaxşı komanda olduğunu bir daha təsdiqlədi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çexiyanın “Viktoriya” klubunun baş məşqçisi Roman Pivarnik deyib.

 

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la qarşılaşması (0:0) haqda fikirlərini açıqlayıb: “Oyun ərzində iki çox əlverişli qol imkanımız oldu. Həmin imkanlardan yararlanmalı idik. İkinci hissədə təzyiqi daha da artırdıq. Amma belə olanda “Qarabağ” əks-hücumlar üçün imkan qazandı. Bu üzdən təzyiqi nisbətən azaltmağa məcbur olduq. Xüsusilə də Yan Baranekin meydanı tərk etməsindən sonra. Qələbə qazanmadıqda evdə ən qənaətbəxş nəticə qolsuz heç-heçədi. Azlıqda qalandan sonra risk edib, irəli atılmaq cəsarət tələb edirdi. Bu olmadığı üçün oyunçularımı qınaya bilərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43