Ölkə futbolu

Platini sumqayıtlı qapıçıya penalti vurdu və… – FOTOLAR

UEFA prezidenti Mişel Platini bu gün Sumqayıta səfər edib.

 

Sumqayıt İdman Mərkəzinin süni örtüklü meydançasının, eləcə də mərkəzin inzibati binasının açılışında iştirak edib.

 

Səfər zamanı maraqlı bir epizod da yaşanıb. Belə ki, əlində top UEFA prezidentinə yaxınlaşan yeniyetmə qapıçı "siz çox böyük futbolçu olmusunuz və penalti zərbələrinin mahir ustası olmusunuz. Buyurun görək, mənə qol vura biləcəksiniz?" deyırək topu Platiniyə uzadıb. Platini isə topu ondan alaraq onbirmetrlik nöqtənin başına keçib. Sumqayıtlı yeniyetmə ilə UEFA prezidentinin duelindən isə sumqayıtlı qapıçı qalib ayrılıb və Platininin penaltisiniz dəf edib:
rekord.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43