Dünya futbolu

Poçettino İspaniya klubuna keçə bilər

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino karyerasını La Liqada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssisin bu yay istefaya göndəriləcəyi ehtimal edilir. Dieqo Simeoneyə əvəzləyici axtarışında olan “Atletiko” Poçettino ilə maraqlanır.

La Liqanın 34 turundan sonra Madrid klubu 67 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43