Dünya futbolu

Poçettino istəyir, oyunçu gəlmir

“Çelsi”nin yeni baş məşqçisi olacağı deyilən Maurisio Poçettino Qavinin alınmasını tələb edib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis komandanın yarımmüdafiə xəttini gücləndirmək istəyir. O, rəhbərliklə artıq bu barədə danışıb.

Qeyd olunur ki, “Barsa” Qavini satmaq istəmir və onun müqaviləsini ən qısa zamanda rəsmiləşdirmək niyyətindədir.

Futbolçunun özü də Kataloniya komandasını tərk etmək niyyətində deyil. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43