Dünyadan

Podolski Türkiyədə

“Qalatasaray”ın transfer hədəfində olan Almaniya millisinin və “Arsenal”ın ulduz futbolçusu Lukas Podolski Türkiyəyə gəlib.

İdmanxeber.com-un məlumatına görə, 30 yaşlı futbolçunun qardaş ölkənin Antalya şəhərində istirahət etmək üçün bu addımı atıb.

Lakin türk mətbuatı Polşa əsilli oyunçunun istirahət bəhanəsi ilə gəlib, “sarı-qırmızılar”la görüşəcəyini yazıb. İstanbul nəhənginin rəsmiləri 3 illik müqavilə və illik 3.5 milyon avro maaş təklif etdiyi forvardla son detalları müzakirə edəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43