Ölkə futbolu

Polis “Neftçi” fanatlarını görün nə hala saldı – ÖZƏL VİDEO

“Neftçi” – “Xəzər Lənkəran” klubları arasında baş tutmuş “Böyük oyun”un ilk hissəsindən sonra polislər birincilərin azarkeşlərinə qarşı zor tətbiq edərək, onları arenadan uzaqlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, ilk hissənin sonlarında partlayıcı maddə atan “Neftçi” azarkeşlərinə bundan sonra polis tərəfindən qadağa qoyulub. Asayiş keşikçiləri azarkeşlərə “ayağa durma!”, “qışqırma!”, “ancaq qol vurulanda qışqır” kimi əmrlər verib. Derbi matçda polislərin bu hərəkəti “Neftçi”li azarkeşləri boğaza yığıb. Onlar ilk yarından sonra stadionu tərk ediblər. Daha sonra isə tribunaya buraxılmayıblar. Vəziyyət o həddə çatıb ki, azarkeşlər sevimli komandalarının prinsipial oyununun ikinci hissəsini stadionun çöl tərəfindən izləməli olublar. 

Sonda onu da xatırladaq ki, partlayıcı maddə atan fanatlarla polis arasında elə tribunada qarşıdurma yaranıb. Bu videonun da görünütlərini sizə təqdim edəcəyik. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43