Kateqoriyasız

Polis Ronaldinyonu saxladı

Ulduz futbolçu Ronaldinyo Paraqvayda polislər tərəfindən saxlanılıb.

İdmanxeber.az-ın məlumatına görə, o, sözügedən ölkəyə getmək üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir.Dünən axşam saatlarında polis Ronaldinyonun qaldığı oteldə axtarış aparıb və onun adına olan saxta pasport tapıb.

Qeyd edək ki, Ronaldinyo borcları səbəbindən 2018-ci ildə pasportundan məhrum edilmiş və ölkədən çıxışına qadağa qoyulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43