Ölkə futbolu

Polşa millisinin sabiq üzvü Azərbaycandan təklif alıb

Polşa U-21-nin sabiq futbolçusu Kamil Bilinski karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Bu barədə futbolçunun özü məlumat verib. Onun sözlərinə görə, klublarımızdan biri qış fasiləsində hücumçunu heyətində görmək istəyirmiş. Lakin o, ölkəmizdən gələn təklifdən imtina edib:

“Azərbaycan və Rusiya klublarından təkliflər almışdım. Bu klublar maliyyə baxımından çox sərfəli təkliflər irəli sürürdü. Amma mən pulu yox, idman prinsiplərini üstün tutdum”

Qeyd edək ki, Polşada “Slask”, “Qavin”, “Jniç”, “Qrrnik” və “Visla” klublarının formasını geyinmiş Bilinski 2012-2013-cü illərdə Litva “Jalgiris”ində top qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43