29 Sentyabr 2024
Dünya futbolu

Polşalı oyunçu yayda “İnter”ə keçə bilər

Pyotr Zelinski yayda azad agent kimi “İnter”ə keçə bilər.

İdmanxeber.az İtaliya mediasına əsasən xəbər verir ki, polşalı yarımmüdafiəçinin “Napoli”ylə müqaviləsi yayda bitəcək. 29 yaşlı oyunçunun “İnter”lə 3 illik müqavilə imzalayacağı gözlənilir.

Zelinski 2016-cı ildən Neapol klubunda çıxış edir. O, bu mövsüm 24 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43