01 Oktyabr 2020
Kateqoriyasız

Ponomaryov futbolumuzu tənqid etdi

Azərbaycanlı keçmiş futbolçu İqor Ponomaryov futbolumuzu tənqid edib.

İdmanxeber.az-ın məlumatına görə, o deyib:

“Yığmanın qrupu cəmi 1 xalla başa vurması ölkə futbolu adına böyük minusdu. 18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu belə yetişməyib. Niyə yaxşı futbolçular yetişmir? Niyə heç kim soruşmur ki, nə baş verir? Niyə? Çünki biz nə edirik? Gündə bir akademiya açırıq. “Mançester Yunayted” məktəbi, o biri, bu biri. Hə, nə olsun? Hanı o akademiyalardan çıxan uşaqlar? Bu gün çempionatımızın səviyyəsi hansı vəziyyətdədi? Bu məqam təmsilçilərimizin avrokubok matçlarında özünü açıq-aşkar göstərir. Ölkənin imkansız vaxtlarında çempionatda 16, 18 komanda iştirak edirdi. Indi şərait yaxşılaşıb, ölkənin vəziyyəti düzəlib, elitada cəmi 8 komanda çıxış edir. Yatıb-durursan, yenə “Qarabağ”, “Səbail”, “Neftçi” ilə oynamalısan” (“Futbol+” qəzeti).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

UEFA növbəti dəfə “Qarabağ”a qarşı intizam işi açdı

admin

Azərbaycan Premyer Liqası ilə bağlı qərar verildi – “Qarabağ” çempion!

admin

“Fənərbağça” belə uduzdu – Video

admin