Dünya futbolu

Poqba: “Buffon inciməsin, De Xea ən yaxşıdır”

Baş məşqçi dəyişikliyindən sonra performansı ilə diqqət çəkən fransalı ulduz futbolçu Pol Poqba İngiltərə mətbuatına müsahibə verib.

Geridə qalan 5 oyundan sonra 4 qol, 4 asissit edən oyunçu uğurlu çıxışında komanda yoldaşlarının da əməyi olduğunu vurğulayıb:

“Son turlarda uğurlu çıxış edirəm. Ancaq bir neçə qol vurdum deyə hər şeyi mən etmişəm deyə bilmərəm. Hazırda bütün komanda şəklində yaxşı mübarizə aparırıq. Artıq necə oynamaq lazım olduğunu, nə cür hücum qurmalı olduğumuzu yaxşı bilirik. Çıxışımzıdan danışarkən Davif De Xeaya da yer vermək lazımdır. Onu deyim ki, Buffon məndən inciməsin, ən yaxşı De Xeadır”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43