Dünya futbolu

Poqba Mourinyonu tənqid etdi – “Hücum oynamalıyıq”

Poqba narazıdır.

İngiltərə mətbuatına müsahibə verən fransalı yarımmüdafiəçi Pol Poqba baş məşqçi Mourinyonun sistemini tənqid edib. O, ev oyunlarında daha çox hücum etməli olduqlarını bildirib:

“Biz “Mançester Yunayted”ik. Daim hücum oynayıb, rəqibi təzyiqdə saxlamalıyıq. Siz məndən niyə hücum oynamadığımızı soruşursunuz. Ancaq mən bunu cavablaya bilmərəm. Çünki, mən oyunçuyam, baş məşqçi deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43