Dünya futbolu

“Portu” baş məşqçisini qovdu

Portuqaliya Premyer Liqasında mövsümü 2-ci yerdə aşa vuran “Portu” baş məşqçisinə qapını göstərib.

“Əjdahalar” Nunu Eşpiritu ilə yolları ayırıb. 43 yaşlı mütəxxəsis komandaya Premyer Liqa çempionluğunu qazandırmadığı üçün göndərilib.

“Portu” mövsümü çempion “Benfika”dan 6 xal geri qalaraq 2-ci yerdə tamamlayıb.

Eşpiritu mövsümün əvvəlində “Portu”nun baş məşqçisi təyin edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43