Dünya futbolu

“Portu”nun baş məşqçisi Fransa klubuna keçir

“Marsel” “Porto”nun baş məşqçisi Serxio Konseysaoya müqavilə təklif edib.

İdmanxeber.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis yaxın vaxtlarda Portuqaliya klubunu tərk edəcək. Konseysao 2017-ci ilin yayından “Portu”ya rəhbərlik edir.

Onun rəhbərliyi altında komanda 3 dəfə Portuqaliya çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.

“Marsel” 2023/24 mövsümündə Fransa Liqa 1 turnir cədvəlini səkkizinci yerdə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43