“Portu”nun və Portuqaliya millisinin qapıçısı Dioqo Kosta “Real”a keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Andriy Luninin komandadan ayrılmaq istəməsindən ardından rəhbərlik qolkiper axtarışlarını davam etdirir. Dioqo Kosta əsas namizədlər sırasındadı.
Yaxın günlərdə tərəflər arasında danışıqlar start götürəcək.
24 yaşlı Kosta 2023/24 mövsümündə Portuqaliya klubunun heyətində 45 matçda iştirak edib, 38 qol buraxıb və 17 dəfə qapısını toxunulmaz saxlayıb.