Milli komanda

Portuqaliya – Azərbaycan oyununun vaxtı məlum oldu

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milliləri arasında keçiriləcək qarşılaşmanın stadionu müəyyənləşib.

Matç paytaxt Lissabonda yerləşən “Joze Alvalade” stadionunda baş tutacaq.

Martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43