Dünya futbolu

Portuqaliya futbolu yasda: Əfsanəvi futbolçu dünyasını dəyişdi – VİDEO

"Portuqaliya" yığmasının gəlmiş-getmiş, ən böyük futbolçularından olan Eysebiyo bu səhər 71 yaşında dünyasını dəyişdi. Yığmanın və "Benfika" klubunun əfsanəvi futbolçusu ürək çatışmamazlığı səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Eysebiyo 11 dəfə Portuqaliya çempionu, 3 dəfə vitse-çempionu olub. Keçmiş futbolçu bir dəfə "Çempionlar Kuboku"na yiyələnmişdir. 3 dəfə isə bu kubokun finalına çıxmışdır.

1966-ci ilin Dünya çempionatında 9 qol vurmaqla, ölkəsinə bu turnirin bürünc medallarını qazanmaqda kömək etmişdi. Bu turnirdən 1 il əvvəl isə planetin ən yaxşı futbolçusu seçilmişdi.

Sizlərə bu məşhur futbolçunun karyerasını əks etdirən, qısa video çarxı təqdim edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43