20 Oktyabr 2021
Kateqoriyasız

“Portuqaliya ilə oyunda passiv olmamalı, qorxmamalıyıq” – De Byazi

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya – Azərbaycan oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.

İtaliyalı mütəxəssis deyib:

“İlk oyunumuz qrupun güclü komandasına qarşı olacaq. Yaxşı, gənc futbolçulardan təşkil olunmuş komandamız var. Hər biri keyfiyyətli, bizim üçün dəyərli oyunçulardı. Daha çox birlikdə oynamalıyıq. Bizə vaxt lazımdı. Rəqib isə daha təcrübəli komandadı. Məşqlərdə üzərində çalışdıqlarımızı meydanda yerinə yetirməklə ilk xalımızı qazanmağa çalışacağıq. Portuqaliya yığması ilə oyunda onlara boşluq verməməliyik. Onların nəyə qadir olduqlarını bilirik. Oyunda passiv olmamalıyıq, qorxmamalıyıq. Bizim üçün çox çətin imtahan olacaq. Meydanda  istədiyimizi reallaşdırsaq, yaxşı oyun nümayiş etdirə bilərik.

Sabah Ronaldonun “evində” oynayacağıq. Taktiki baxımdan maraqlı oyun olacaq. Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Legiya”nın baş məşqçisi Mahirlə bağlı verilən sualı belə cavablandırdı

admin

“Neftçi” fransalı hücumçu transfer edir

admin

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu

admin