Müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan millimizin futbolçusu Renat Dadaşov çıxış etdiyi Portuqaliyanın “Pasuş de Fereyra” komandasının baş məşqçisi Felipe Andre Roşanın etimadını qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis Premyer Liqanın 3-cü turunda “Boavişta” ilə səfər matçında (1:1) 79 dəqiqə oynayan 20 yaşlı hücumçudan razılığını dilə gətirib:
“Dadaşovun ilk oyunundan razıyam. Bütün komandada olduğu kimi, onda da hər şey alınmırdı. Ancaq komandamızın vacib oyunçusu olmaq üçün bütün keyfiyyətlərə sahibdir. Renat tamamilə bizim konsepsiyamıza uyğun gəlir”.